"Ermənilər hər zaman həyasızlıq metodundan istifadə edib" - POLİTOLOQ AÇIQLADI

“Həmişə olduğu kimi Azərbaycan Prezidenti çox məntiqli, ardıcıl dövlət maraqlarını gözləyərək, eyni zamanda publika üçün maraqlı olan məsələlərə də diqqət etdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, həmin məsələlərdən biri də Zəngəzur dəhlizi məsələsi idi: “Burada təkcə Azərbaycan ilə Naxçıvan və yaxud da Azərbaycan ilə Türkiyə arasında dəmir yolu və yaxud da avtomobil yolunun açılması yox, həmçinin cənab Prezident daha böyük məsələlərə toxundu: “Yəni elan etdi ki, 7 iyul 2021-ci ildə Şərqi-Zəngəzur iqtisadi rayonu yaradıldı. Ermənilər həmişə Azərbaycan ərazilərini iddia etdiklərinə görə, onlar qabaqlamaq yox, həyasızlıq metodundan istifadə edirdilər. Amma Azərbaycan Prezidenti onun üçün adekvat metoddan istifadə etdi”.

Politoloq həmçinin qeyd edib ki, Zəngəzur dəhlizi Azərbaycanla bərabər bölgənin daha 5 dövlətinə lazımdır: “Burada Azərbaycan-Naxçıvan birləşməsi, Azərbaycan-Türkiyə birləşməsi öz yerində əsasən şimal-cənub dəhlizinin davamı kimi gündəmə gətirilib. Yaddan çıxartmayaq ki, işğal olunmuş Zəngəzurun başqa bir məsələsi də var. Bilirsiniz ki, 1926-cı ildə həmin bölgədə Ermənistanın təkidi ilə Azərbaycan torpaqlarını işğal etmək və yaradılmış Dağlıq Qarabağla birbaşa əlaqə yaratmaq adı ilə Moskvanın təxribatçı bir layihəsi olmuşdur. Cənab Prezidentin Şərqi-Zəngəzur elan etdiyi məhz həmin bölgədə Qızıl Kürdüstan deyilən ərazi vahidi yaratmaq istəyirdilər. Cənab Prezident eyni zamanda gələcəkdə ermənilərin törədə biləcəyi təxribatın da qarşısını aldı. Bu çox uzaqgörən və ağıllı düşünülmüş bir siyasət idi”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə