Türkiyə səfiri ilə görüş keçirilib - FOTO

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov qardaş Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə iki ölkə arasında, eləcə də, Naxçıvan Muxtar Respublikası ilə yüksək səviyyəli dostluq və qardaşlıq münasibətləri, bir çox sahədə, xüsusilə, elm, təhsil, mədəniyyət sahələrində işbirliyinin, əməkdaşlığın genişləndirilməsi, regional vəziyyət, Zəngəzur dəhlizinin açılması, yeni iqtisadi layihələr, qarşıda duran vəzifələr və digər maraqlı mövzularda səmimi söhbət aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə