Bu gün Azərbaycan sürətli iqtisadi inkişaf, regional əhəmiyyətli enerji layihələri, əlverişli biznes mühiti, multikuturalizm və yüksək sosial rifah kimi anlayışları özündə ehtiva edən bir məkandır. Daha yüksək hədəflərə nail olmaq üçün ölkə Prezidenti İlham Əliyevin apardığı islahatlara, inkişaf prosesllərinə mane olan , onlara göstərilən etimadı doğrultmayan “məmurlar” da az deyil. Belə üzdəniraq “məmurlar” xalqın rifahını düşünməkdənsə, öz ailə üzvlərini, qohumlarını fikirləşirlər. Son zamanlar onların azğınlığı elə səviyyəyə yüksəlib ki, dövlət tərəfindən aztəminatlı ailələzəhr üçün ayrılan pulları mənimsməyi belə özlərinə ar bilmirlər. Prezident İlham Əliyevin öz çıxışlarında dönə- dönə məmurlara və onların övladlarına xxmayaraəbərdarlıq etməsinə baxmayaraq, mənfi halların hələ də tam aradan qalxmadığının şahidi olduq. Ölkə rəhbərinin etimadını doğrultmayan məmurlar bilməlidirlər ki, heç bir cinayət cəzasız qalmır.Prezident İlham Əliyev çıxışlarının birində qeyd etdi ki, korrupsiya bəlası Azərbaycandan tamamilə götürüləcək, Azərbaycan cəmiyyəti bu yaralardan sağalacaqdır: “Korrupsiya əhalinin dövlətə, hökumətin etibarına ciddi zərbə vurur. Biz buna imkan verməyəcəyik”
Son vaxtlar məmurların əməllərinin ifşa olunması istiqamətində aparılan işlər onu sübut edir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericilik tam təkmilləşib, işlək mexanizm yaradılıb, onun səmərəliliyi təmin edilib.Korrupsiya hallarına qarşı mübrizənin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır və ardıcıl tədbirlər həyata keçirilir.
Təhsil işçiləri kimi korrupsiyaya qarşı mübarizədə Prezident İlham Əliyevin apardığı siyasəti, islahatları müsbət qiymətləndiririk. Bu prosesin davamlı xarakter daşıdığının fərqindəyik. Cəmiyyətlə dövlət arasında sıxəlaqəli şəkildə bu prosesin davam etdiriləcəyinə əminik. Bu işdə dövlət başçısının yanındayıq. Korrupsiyaya qarşı vətəndaşlar da ictimayyət də mübarizə aparmalıdır. Bununla bağlı siyasi iradə var, bu siyasi iradənin olması korrupsiyaya qarşı mübarizəni daha da efektiv edəcək.
16 nömrəli Texniki-humanitar liseyin direktor əvəzi Nurulla Zenfira Tələt qızı
Bütün xəbərlər Facebook səhifəmizdə