Liviyanın rəqib qüvvələri qərbə doğru irəliləyir

Liviyanın rəqib qüvvələri qərbə doğru irəliləyir

Liviyanın rəqib qüvvələri iki əsas şəhərin nəzarətini ələ keçirdikdən sonra qərbə doğru istiqamət alıb. SİA-nın xəbərinə görə, onlar Bin Cavad şəhərini ələ keçirərək Qəddafinin vətəni Sirte şəhərinə doğru irəliləyir. Dünən Qəddafiyə qarşı döyüşən qüvvələr Əcdabiyə və Breqa şəhərlərini ələ keçirib.

Qüvvələr Əcdabiyənin nəzarətini bir həftə əvvəl itirmişdi. Lakin koalisiya qüvvələrinin hava hücumları şəhərlərin geri alınmasına yardım edib. Şahidlər onlarla hökumət əsgərinin cəsədlərini gördüklərini deyirlər. Fransanın hərbi rəsmilərinin bildirdiyinə görə, Misrata şəhərində Liviyanın 5 təyyarəsi və iki vertolyotu vurulub.

Koalisiya qüvvələri bu gün Tripoli ətraflarını atəşə tutub. Liviya rəsmiləri böhranın diplomatik yolla həllini təklif etsələr də, əməldə heç bir iş görülməyib. Qəddafini təmsil edən nümayəndə heyəti Afrika Birliyinin nümayəndələri ilə görüşüb, qurumun təklif etdiyi "Yol xəritəsi" planını qəbul etməyə hazır olduğunu bildirib. Afrika Birliyi Liviyada atəşkəs əldə edilməsinə çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə