"Azərbaycan Konstitusiyası dünyanın ən mükəmməl konstitusiyalarından biridir" AÇIQLAMA-ÖZƏL

“12 noyabr 1995-ci il tarixində qəbul edilən ölkə Konstitusiyası Azərbaycanın ən ali hüquqi sənədi, aktı oldu. Bununla ölkəmiz həm də demokratik-hüquqi dövlət quruculuğu yolunda əzmini, iradəsini, qətiyyətini nümayiş etdirdi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

O bildirib ki, istər sovetlər dönəmində, istərsə də tarixi ikinci müstəqillik dönəmində daim ilklərə və yeniliklərə imza atan müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev 12 noyabr Konstitusiyasını araya-ərsəyə gətirməklə növbəti ilkə və yeniliyə möhürünü vurub.

Millət vəkili söyləyib ki, əgər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü, iradəsi olmasaydı və suveren ölkə kimi ilk Konstitusiyamız qəbul edilməsəydi, bugünkü uğurlardan, inkişaf, tərəqqi, islahatlar prosesindən də danışmaq mümkün olmazdı: “Bütün uğurların, demokratik, hüquqi-siyasi islahatlarının, inkişafın təməlində məhz ölkə Konstitusiyası, insan hüquq və azadlıqlarının ən mükəmməl şəkildə təminatı dayanır”.

Azərbaycan Konstitusiyasının dünyanın ən mükəmməl və ən mütərəqqi konstitusiyalarından biri olduğunu deyən E. Səlimov qeyd edib ki, burada insan və hüquq azadlıqlarının təmin edilməsi, hüququn, qanunun aliliyinə riayət olunması və digər təməl prinsiplər hər biri mükəmməl şəkildə əksini tapıb, əksini tapmaqla da kifayətlənməyib, reallığa, gerçəkliyə çevrilib: “Məhz ölkə Konstitusiyası sayəsində bütün demokratik təsisatlar, institutlar hamısı bərqərar olub, oturuşub, möhkəmlənib, güclənib. Odur ki, bugünkü inkişaf və tərəqqi edən, demokratiya, hüququn aliliyinin təmin edilməsi istiqamətində böyük uğurlar qazanan, örnəyə çevrilən Azərbaycana görə Ulu Öndərə və onun müəllifi olduğu Konstitusiyaya, həmçinin, öz fəaliyyətində daim qanunları və Konstitusiyanı rəhbər

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə