Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan aprelin 15-də öz iqamətgahında İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolamini qəbul edib. Ermənistan mediasının yazdığına görə, görüş zamanı Ermənistan-İran münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunub. Tərəflər iki ölkə arasında mövcud olan isti münasibətlərin qorunub saxlanılması və daha da dərinləşdirilməsi yolları ətrafında fikir mübadiləsi aparıblar.
Məlumatda vurğulanır ki, müzakirələr zamanı münasibətlərin əsasının minilliklərə söykənən tarixi və “qardaş xalqlar” arasında formalaşmış ənənələr üzərində qurulduğu xüsusi qeyd edilib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB