"Xamenei xəstədir" - Trampdan sərt BƏYANAT

ABŞ prezidenti Donald Tramp İranın ali dini lideri Əli Xamanei barədə sərt açıqlama ilə.çıxış edib . SİA xəbər verir ki, Ağ Ev rəhbəri bu qənaətdədir ki, İranın mövcud vəziyyətə düşməsinin əsas səbəbi ölkənin pis idarə olunmasıdır.

D. Tramp bildirib ki, Xamenei ölkəni düzgün idarə etmək əvəzinə hakimiyyəti qorumaq üçün minlərlə insanın öldürülməsinə yol verir.

SİTAT: “İranda yeni rəhbərlik axtarmağın vaxtıdır. Bu adam xəstədir. O, öz ölkəsini düzgün idarə etməli və insanları öldürməyi dayandırmalıdır. Onun rəhbərliyi altında İran dünyada yaşamaq üçün ən pis yerlərdən birinə çevrilib”, - deyə Donald Tramp vurğulayıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə