"Şəhərsalma prosesində vahid və koordinasiyalı yanaşma önəmlidir" - MÜŞFİQ CƏFƏROV
"Şəhərsalma sahəsində aparılan ciddi islahatlar ölkəmizin urban inkişafına strateji yanaşmanın nəticəsidir. Bu baxışın təzahürü olaraq 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi və Beynəlxalq Urban Forumunun ölkəmizdə keçirilməsi təsadüfi addımlar deyil". SİA-nın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin plenar iclası zamanı millət vəkili Müşfiq Cəfərov deyib.
Onun sözlərinə görə, şəhərsalma prosesində vahid və koordinasiyalı yanaşma önəmlidir: "Hələ də bəzi hallarda yerli icra hakimiyyətlərinin tikintiyə icazə prosesində rolu var. Bu isə səlahiyyətlərin parçalanmasına gətirib çıxarır. Şəhərsalmanın uğurla həyata keçirilməsi üçün ölkə başçısının müəyyən etdiyi vahid strategiya çərçivəsində hərəkət olunmalı, bütün icra orqanları bu strategiyaya uyğun fəaliyyət göstərməlidir. Bu, həm infrastrukturun, həm də urban mühitin planlı və davamlı inkişafını təmin edəcək. Şəhərsalma siyasətində şəffaflıq və rəqəmsal texnologiyalardan istifadə prosesin sürətləndirilməsi və vətəndaş məmnuniyyətinin artırılması üçün vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB