Kiyev Azərbaycanın bu ilin iyulunda Romada keçiriləcək Ukraynanın bərpası üzrə konfransda iştirak etmək qərarını alqışlayır. SİA xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi birgə mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, qarşıdan gələn konfransda müharibədən sonra ölkənin bərpası üçün böyük yardım paketi ayrılacaq: “Şadam ki, Azərbaycan kimi sülhsevər bir ölkə bu konfransda iştirak edəcək. Biz gözləyirik ki, ayrılan vəsait həqiqətən də ölkəni qaydaya salmağa kömək edəcək”.
Ukraynalı nazir onu da əlavə edib ki, bugünkü danışıqlarda tərəflər humanitar minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə ediblər: “Ərazilərin minalardan təmizlənməsi bərpa prosesinin tərkib hissəsidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə