"Mən forumda iştirak etməkdən çox xoşbəxt oldum" - SABİQ SƏFİR DANIŞDI

"9 aprel ADA universitetində "Yeni dünya nizamnaməsi " ilə əlaqədar beynəlxalq forum keçirildi. Cənab Prezidentində iştirak etdiyi bu forumda fərqli mövzularla bağlı suallar verildi. Prezident bu sualları çox səmimi şəkildə cavablandırdı. İlk növbədə cənab Prezidentin 3 saatdan çox davam edən forumda tükənməyən enerjisini gördük". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycan arasındakı sabiq səfiri, “İmza” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, həmçinin Prezident İlham Əliyevin biliyinə bələd olduq: "Onun fikirlərini ifadə etməyini və sərbəst ingiliscə danışmağına şahid olduq. Məndə bu forumda iştirak etməyimdən çox xoşbəxt oldum.

Forumda cənab Prezidentə Türk dövlətlərini dəyərləndirməsi ilə bağlı sual verdim. Çünki bilirəm ki, cənab Prezidentin Türk dövlətlərinə çox böyük önəm verir.

2008-ci ildə Bakıda "Türk Parlamentləri Assambleyası" quruldu. 2009-cu il 3 oktyabrda Naxçıvanda "Naxçıvan" müqaviləsi imzalandı. Bu çox önəmli bir müqavilə idi. Niyə vacibdir? Çünki Türk dövlətlərinin əvvəlki liderləri təsadüfi şəkildə bir yerdə yığışırdılar. "Naxçıvan" müqaviləsi ilə Türk Şurası quruldu. Həmçinin mərkəzi İstanbulda Türk Şurası baş katibliyidə quruldu. Artıq Türk dövlətlərinin zirvə tədbirlərini İstanbulda olan baş katiblik planlaşdırmağa başladı".

Sabiq səfir qeyd edir ki, hər il zirvə konfransları edilməyə başlanıb.

14 noyabr 2021 tarixində İstanbulda təkşil olunan samitdə Türk Şurası adı Türk dövlətləri Təşkilatına çevrildi. Bununla da Dövlətlər Təşkilatı , beynəlxalq təşkilata çevrildi . Təbii ki, bunda cənab Prezidentin çox böyük rolu var.

Cənab Prezidentin Türk dövlətləri teşkilatının yaranmasında çox böyük səyləri vardır. Onu ən yaxşı bilənlərdən biri də mənəm".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə