Səhnə, yoxsa siyasət? - MÜNASİBƏT BİLDİRİLDİ

“Ukrayna prezidenti Volodimir Zelenskinin əvvəlki fəaliyyəti incəsənətlə bağlı, amma hal-hazırda faktiki olaraq, dövlət başçısıdır. O, artıq 5 ildən çoxdur ki, ölkəni idarə edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Mütəxəssis bildirib ki, biz məsələyə onun aktyor olması tərəfindən baxmamalıyıq, ona qalsa Ronald Reyqan da aktyor olub: “Bu yanlış yanaşmadır. Burada əsas məsələ maraq qruplarının təmsil olunduğu yerdə kimin hansı mövqedə durmasıdır. Zelenskinin Ukrayna nöqteyi-nəzərdən bu günə qədər atdığı cəsarətli addımları Ukrayna tarixində heç bir siyasətçi atmayıb. Bu barədə belə bir sual yarana bilər ki, bu prezident siyasəti bilmir, digərləri bilirdilər. Burada məsələ bundan ibarətdir ki, Rusiya Ukraynanın ərazisini işğal etmiş, müharibəni də Rusiya başlatmışdır. Bəli, bu gün qətiyyətlə deyə bilərəm ki, Zelenskinin təcrübəsizliyi böyükdür.

Bəlkə də bu hərbi əməliyyatlar zamanı müharibəni dayandırmaq mümkün ola bilərdi, amma bunu edə bilmədi. Zelenski bəzi çıxışlarında Rusiyadan xahiş edir ki, “Bu müharibəni dayandıraq, Putin hücum etməsin”.

Müharibənin gedişində şəxsiyyət məsələsi önəmli olsa da, son veriləcək qərarlarda Zelenskinin tutduğu mövqe və atdığı addımlar prezident səlahiyyəti çərçivəsində görülən işlərdir. Zelenskinin mövqeyi sərt olmaya, iradə göstərməyə bilər, amma hər vəziyyətdə Ukrayna Rusiya qarşısında dura bilən güclü dövlət deyil.

Son dövrlər Ukraynanın Qərbdən asılılığı onu çətin vəziyyətə sala, mövqe dəyişikliyinə səbəb ola bilər, amma hər vəziyyətdə Zelenskinin fəaliyyəti bu situasiya içərisində qənaətbəxş hesab olunur. Bu əslində bir mesaj anlamı daşıyır. Zelenski əlindən gələni etdi, amma beynəlxalq vəziyyət ona imkan vermədi ki, uğurları artsın. Atılan addımlarda güc ölkənin potensialına görə, hesablanır”.

Müəllif: Həmid Əhədli

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə