"Bu gün Xocalı soyqırımının 33-cü ildönümüdür. Xocalı da şəhid olan 613 bacı və qardaşımızı rəhmətlə yad edirik. Bunlardan bir çoxu uşaq, qadın və yaşlı idi. Bundan əlavə öldürülənlərin arasında 63 uşaq, 106 qadın, 70-i qoca idi və 487 insan ağır yaralı olaraq xilas olmuşdu. Eyni zamanda 60-ı uşaq olmaqla 150 çox insandan xəbər alına bilmir. Bu qətliamda 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Xocalı soyqırımı insanlıq tarixində qara ləkədir. Türk milləti Xocalı soyqırımını unutmayacaq, unutdurmayacaq və hər zaman bu faciəni yad edəcək. Unutmadıq, unutmayacıq və unutdurmayacıq!”. Bu sözləri Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, fevralın 25-dən 26-sına keçən gecə Xocalı faciəsi erməni qüvvələrinin hücumu ilə başladı: "Burada o vaxt Xankəndidə olan 366-cı moto-rus alayının güclərindən kömək alındı. Dediyimiz kimi insanlıq tarixində qara bir ləkə yaşandı və Xocalı xəritədən silindi. Orada yaşayan Azərbaycan türkləri tamamilə şəhid edilənlərdən geri qalanlar oradan məcburən çıxarıldı. Gecə qaranlıqda, qarda, ayağıyalın vəziyyətdə oradan qaçmaq məcburiyyətində qaldılar. Bunları demək belə insana əziyyət verir. 7000 insanın yaşadığı Xocalı xəritədən silindi. Başda hörmətli Leyla xanım Əliyeva olmaqla Azərbaycan nümayəndələri “Xocalıya ədalət” deyə dünyanın müxtəlif yerlərində Xocalıya aid proqram və tədbirlər keçirdi. Amma Qərb gözlərini və qulaqlarını yumub gerçəkləri eşitmək istəmir. Xocalı soyqırımı son əsrin yaxın zamanda ən önəmli faciəsi olaraq görülməkdədir. İnsanlığın mədəni olduğunu düşündüyümüz bir dövr də, mülkü və dinc əhalini qətl etmək və yaşadığı yerlərdən məcburi sürgün etmək bir insanlıq günahıdır və onun cəzası verilməlidir. Amma 44 günlük vətən müharibəsi zamanı Xocalının qisası alınmışdır. Xocalı da yaşayanların qanları yerdə qalmadı.
Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarıq. Biz türklərin qanlarını yerdə qoymadılar. Onlar niyə qətl edildilər? Çünki onlar türk idilər. Amma tarix və ədalət təkrarlandı. Hörmətli Ali Baş Komandan cənab Prezident İlham Əliyev ədaləti təmin etdi. Ona görə də bizim üçün cənab Prezident tarix yazdı. Bu tarixi də bundan sonrakı nəsillər oxuyacaq. Amma bunu hamı bilməlidir ki, türk millətinin dostluğu çox dəyərlidir. Düşmanlığımızı görmək istəyirlərsə, 44 günlük Vətən müharibəsinə və 23 saat davam edən antiterror əməliyyatlarına baxsınlar. Təkrardan Xocalıda şəhid olan insanları yad edirəm və rəhmət diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə