"Suriya Yaxın və Orta Şərqin ən əsas açar problemlərindən biri olaraq qalır" - ŞƏRH EDİLDİ
"Suriya Yaxın və Orta Şərqin ən əsas açar problemlərindən biri olaraq qalır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, burada indi hadisələrin gedişatı bir həqiqətdən xəbər verir ki, Suriyanın unitar, vahid bir dövlət kimi qalması məsləhətdir, yoxsa onun parçalanması və onun yerində 2−3 dövlətin formalaşması: "İlk növbədə bu məsələ daha çox Suriya və həmsərhəd olan ölkələri maraqlandırır, qayğılandırır. Burada Türkiyənin mövqeyi ondan ibarətdir ki, Türkiyə faktiki olaraq, demək olar, yeni nizamın, yeni dönəmin yaranmasında aparcı rol oynanmış bir ölkə kimi çalışır ki, birincisi, Suriyanın sərhədləri toxunulmaz olaraq qalsın və digər tərəfdən də ölkə parçalanmasın. Çünki bir neçə ölkənin yaradılması artıq o deməkdir ki, həmin ölkələrin öz aralarında ciddi ixtilaf və zidiyyətlər olacaq. Digər tərəfdən, onların da aralarında olan o mübahisəli məsələlərdən digər məmləkətlər istifadə etməyə çalışacaqlar. Sonra onların yerlərindən, ərazilərindən, areallarından öz imkanları üçün istifadə etsinlər və s. Yəni, ilk növbədə Türkiyənin və bir çox Ərəb dövlətlərinin, müsəlman ölkələrinin istəyi ondan ibarətdir ki, Suriya əvvəlki kimi vahid dövlət olaraq qalsın və tezliklə orada daxili proseslər artıq proqram şəklində normallaşmağa doğru hərəkət etsin. Çünki ilk növbədə ölkənin çox böyük və dərin humanitar problemləri var. Onların həlli üçün həm külli miqdarda vəsait tələb olunur, digər tərəfdən humanitar yardımlar və digər yardımlar tələb olunur.
Odur ki, bu proseslərin hamısının həllinə çatmaqdan ötrü yeni hökumət gərək ilk növbədə özünün bacarığını və qabiliyyətini nümayiş etdirsin və göstərsin. Eləcə də, başqa ölkələrə, qonşu ətrafda yaşayan ölkələrin rəhbərlərinə, siyasi elitalarına bildirişlər versin ki, o artıq vəziyyəti cilovlaya bilir, digər tərəfdən daxili qarşıdurmalara son qoyulur. Sonra qanunsuz hərbi dəstələr buraxılır və onların silah-sursatı müsadirə olunur. Yəni faktiki olaraq mərkəzləşmiş hökumət lazımdır ki, bu rəhbərlər indi işgüzarlıq nümayiş etdirsinlər, digər tərəfdən də nəticə versinlər".
"Təsadüfi deyil ki, Türkiyədə səfər edən Suriyanın yeni prezidenti artıq nümayiş etdirir ki, o ciddi siyasi-diplomatik danışıqlara üstünlük verir. Çalışacaq, həm ölkə daxilində konsensus əldə olunsun, digər tərəfdən də milli və dini azlıqlar, məhsəb azlıqları da silahları yerə qoysunlar ki, dialoq məfkurəs üstünlük təşkil etsin. Digər tərəfdən göstərilsin ki, Suriya cəmiyyəti və Suriya camaatı əslində bu zamanın, dövrün ən ciddi çağırışı ilə bağlı həm müdrüklük göstərir, həm dözüm və eləcə də qabiliyyət ki, normal həyat tərzi Suriyanın sərhədlərində bərpa olunsun.
Burada indi İsrailin iddiaları var, burada başqa ölkələrin iddiaları da var və onlar nə dərəcədə özünü doğruladacaq, bu, ikinci məsələdir. Amma hər halda indi artıq rəsmi Dəməşqin adından danışılan yeni hökumət bildirir ki, o, xarici qoşunların ölkə ərazisində qalmasının qəti əleyhdarıdır. Bütün çağırılmamış qüvvələr hamısı Suriyanı tərk etməlidirlər. Ondan sonra isə artıq ölkənin sərhədlərində bütün nizam-intizam bərpa olunmalıdır və eləcə də daxili qüvvələr hamısı bir-birilə dialoqda yaxından iştirak etməlidirlər. Mən elə başa düşürəm ki, əgər onlara xarici dövlətlərin müdaxiləsi olmasa, yəni fitvalar verilməsə, sonra təxribatlar həyata geçməsə, onda bu hökumət bir növ prosesləri lazımı qaydada davam etdirə biləcək" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə