Azərbaycan XİN Monakonu təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Monakonu Milli Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesablarında paylaşım edilib.

"Monako və onun xalqını Milli Gün münasibətilə ürəkdən təbrik edir və ən xoş arzuları çatdırırıq. Milli Günün mübarək, Monako!", - paylaşımda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə