"İqlimin müdafiəsində parlamentin səsi eşidilməlidir" - Andrey Vladimiroviç Yatskin

"İqlim dəyişikliyi konfransı bu gün Azərbaycan Respublikasının Parlamenti tərəfindən həyata keçirilir. Parlamentlərarası İttifaqın iştirakı ilə parlamentin iclası təşkil edilib". SİA xəbər verir ki, bu sözləri Federasiya Şurasının vitse-spikeri, Rusiya Federasiyası Federal Məclisinin sədri Andrey Vladimiroviç Yatskin deyib.

Onun sözlərinə görə, dövlətin Federasiya Şurasının başçılıq etdiyi Rusiya nümayəndə heyəti bu genişmiqyaslı tədbirin keçirilməsində azərbaycanlı dostlarımızla birlikdə iştirak edir və onlara dəstək olurlar: "Bu çox vacibdir. İqlimin müdafiəsində parlamentin səsi eşidilməlidir, çünki parlament xalqın fikrini ifadə edir. Burada, artıq birinci iclasda biz iqlim dəyişikliyindən qorunmaq və su obyektlərinin mühafizəsi üzrə tədbirlərin işlənib hazırlanması üçün bir sıra konkret təkliflər irəli sürmüşük. Bilirsiniz ki, ölkəmiz Azərbaycanla birlikdə prezidentlərimizin tapşırığı ilə Xəzərin mühafizəsi istiqamətində tədqiqatlar aparır, tədbirlər həyata keçirir".

"Ümidvaram ki, bugünkü görüş bizə iqlim dəyişikliyindən qorunmaq, o cümlədən Xəzər dənizini qorumaq üçün konkret tədbirlər hazırlamağa imkan verəcək. Diqqətiniz üçün təşəkkür edirəm".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə