"Çalışmalıyıq ki, beynəlxalq dialoqu gücləndirək, insan hüquqlarını qoruyaq" - Tulia Ackson

"Burada şərəf və məsuliyyət hissi ilə qarşınızdayam. Demokratik dəyərlərə və zamanımızın ən dəyərli məsələsinə münasibət bildirəcəm". SİA xəbər verir ki, bu sözləri Parlamentlərarası İttifaqın Prezidenti Tulia Ackson deyib.

O bildirib ki, iqlim dəyişmələri ilə yaranan problemi birlikdə həll etmək istərdim: "Biz burada qanunvericilik orqanlarının fundamental rolunu qeyd etməliyik. Parlamentlərin mərkəzi böyük rol oynayır. Parlament üzvlərini Bakı şəhərinə COP29-un gözəl ev sahibliyinə görə təşəkkür edirik. Tədbir əməkdaşlıq üçün gözəl imkanlar yaradır. İstərdim ki, təşkilatçılığa, qonaqpərvərliyə görə dərin təşəkkürümü bildirim. İlk dəfə yaşıl zonada parlament tədbirini keçiririk. Azərbaycan iqlim idarəçiliyində parlamentin rolunu gücləndirir. Biz burada inklüzivlik və tərəfdaşlıq ilə iqlim probleminin öhdəsindən gəlməliyik. Çalışmalıyıq ki, beynəlxalq dialoqu gücləndirək, insan hüquqlarını qoruyaq. Əslində iqlim dəyişməsi həyatımızın bütün sahələrinə təsir göstərir. Çalışmalıyıq ki, planetimizin sağlamlığını qoruyaq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə