“Ermənilər müharibə zamanı da xalqımıza qarşı cinayətlər törətdi“ - SİYASİ EKSPERT

“44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki ərazilərinə kütləvi şəkildə zərbə endirməklə bir daha öz faşist, terrorçu mahiyyətlərini nümayiş etdirdilər. Otuz illik işğal dövründə Ermənistan Azərbaycanın ərazilərini viran qoymuş, Azərbaycan xalqına qarşı müharibə, soyqırımı cinayətləri törətmişdi. 44 günlük müharibə zamanı da Ermənistanın bu siyasətinin şahidi olduq”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın direktor müavini, siyasi ekspert Sahil Kərimli deyib.

O bildirib ki, Gəncənin dəfələrlə bombalanması, həmçinin digər dinc yaşayış məntəqlərimizin ağır artilleriyadan atəşə tutulması erməni faşizminin davamı idi: “Ermənistan yenidən bütün dünyanın göz qarşısında öz müharibə cinayətlərini davam etdirirdi, onlarla, yüzlərlə Azərbaycanın dinc əhalisini atəş altında saxlayaraq cinayətkar əməllər törədirdi.
Ermənistanın bu cür qaniçən, faşist siyasətini bütün dünya ictiamiyyətinin qınamasının şahidi olduq. Amma təəssüf ki, bəzi beynəlxalq dairələr, qurumlar Ermənistanın bu hərəkətlərinə qarşı çox ciddi reaksiya vermədilər, hüquqi tədbir görmədilər. İşğal dövründə Azərbaycana qarşı tətbiq olunan ikilistandart siyasəti yenə də davam etdirildi”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə