“Ermənistanda dövlət maraqlarından çox şəxsi maraqlar üstünlük təşkil edir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Əslində Ermənistanda vəziyyəti gərginləşdirməkdə maraqlı olan Rusiyadakı müəyyən qüvvələrdir. Onlar Ermənistanı bir növ cəzalandırmaq istəyirlər. Ona görə də Baqrat Qalstanyanı ortalığa atıblar. Baxmayaraq ki Baqrat Kanada vətəndaşıdır və Ermənistan konstitutsiyasına görə din dövlətdən ayrıdır. Amma bütün bunlara baxmayaraq Ermənistanın tarixən dövləti olmayıb, həmişə kilsə dövlət statusundan çıxış edib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, bu gün isə Azərbaycanın qələbəsindən sonra Qarabağın hesabına kilsəyə toplanan gəlirlər dayandığı üçün Baqratdan istifadə olunur: “Bununla erməni xislətinə uyğun olaraq həm Rusiyadan, həm Koçaryan-Sarkisyan duetindən müəyyən gəlir əldə etmək istəyirlər, həm də Baqratı hakimiyyətə gətirmək istəyirlər ki, bu da mümkün olan bir şey deyil. Ermənistanda baş verən proseslər yavaş-yavaş qaydaya düşür. Paşinyan özü də meydandan gəlib və meydana qarşı atılacaq addımları ardıcıllıqla həyata keçirir. İndiki vəziyyət də onu göstərir ki, Ermənistan hökuməti Paşinyanın başçılığı altında hadisələri nəzarətə götürür”.

C.Nuriyev bildirib ki, Rusiyanın hərbi elitası nə qədər çalışsa da, bu işin öhdəsindən gələ bilməyəcək: “Çünki bu, ABŞ-nin maraqlarına uyğundur. Baqrat da bir növ ət kombinatlarında qabağa düşən heyz statusundadır. Çünki bu adam Kanada vətəndaşıdır. Rusiya da bu vəziyyətdə ondan yararlanır. Əgər hər hansı bir dəyişiklik baş versə, hakimiyyətdə Kanadanın adamı olsun. Amma bütün hallarda erməni xislətinə uyğun olaraq Paşinyandan istədiyini alacaq və meydanda olan hər kəsi satacaq. Erməni tarixində belə hallar çox yaşanıb. Onlarda dövlət maraqlarından daha çox şəxsi maraqlar üstünlük təşkil edib. Bu səbəbdən Ermənistanda dövlət çevrilişi olacağını düşünmürəm”

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə