"Separatçı rejimin ömrü çox uzun çəkməyəcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Qarabağda separatçı qurum tərəfindən keçirilən "seçki" siyasi tamaşa, eyni zamanda siyasi təxribat idi. Qarabağ Azərbaycan ərazisidir. Ona görə də orada ancaq Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ali rol oynaya bilər". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, hazırda mövcud olan separatçı rejimin ömrü çox uzun çəkməyəcək: "Bu seçkilər onların son seçkisi olacaq. Azərbaycan 3 il bundan öncə imzaladığı üçtərəfli bəyannaməyə əsasən, öz ərazisinin bir hissəsində Rusiya sülhməramlılarının yerləşməsinə icazə verdi. Amma Azərbaycanın bütün ərazisi üzrə öz suveren hüquqlarını həyata keçirəcəyi gün heç də uzaqda deyil. Separatçılar bunu bilməli və yeni reallığı qəbul etməlidirlər".

"Onlar uzun müddət Ağdam-Əskəran yolunun açılmasına maneçilik törədirdilər. Ancaq Azərbaycanın prinsipial mövqeyi və müstəqillik prinsipini qətiyyətlə qoruması Laçın yoluna paralel eyni zamanda Ağdam-Əskəran yolunun açılmasına da şərait yaradıb",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə