"Almaniyaya səfər həm siyasi, həm də iqtisadi əhəmiyyət daşıyır" - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ
"Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri zamanı keçirdiyi çoxsaylı görüşlər, aparılan müzakirələr, səsləndirilən bəyanatlar iki ölkə arasında münasibətlərin gələcək inkişafı baxımından çox əhəmiyyətlidir". Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.
Onun sözlərinə görə, bu səfər Almaniya ilə Azərbaycan əlaqələrini yeni müstəviyə çıxarıb: "Bu səfər həm siyasi, həm də iqtisadi əhəmiyyət daşıyır. Siyasi əhəmiyyəti ondan ibarətdir ki, Prezident İlham Əliyevin həm Almaniya Prezidenti, həm də baş naziri, həm də digər dövlət nümayəndələri ilə görüşləri bu iki ölkəni siyasi baxımdan daha da yaxınlaşdırır. Xüsusilə vurğulamaq lazımdır ki, Almaniya Azərbaycanı Cənubi Qafqazda güc mərkəzi kimi tanıyır və qəbul edir. Həmçinin, Almaniya Azərbaycanı özünə tərəfdaş hesab edir".
S.Kərimli sözlərinə davam edərək bildirib ki, Almaniya dövlətimizin ərazi bütövlüyünü birmənalı olaraq tanıdığını bəyan etdi: "İqtisadi baxımdan isə hər iki ölkə arasında idxal və ixrac əməliyyatlarının, ticari əlaqələrin gücləndirilməsinin gələcəkdə şahidi olacağıq. Xüsusilə də alman iş adamlarının Azərbaycana yeni sərmayələr yatırmasını, investisiyaların sayının artmasını da müşahidə edəcəyik. Biz tam əminik ki, Almaniya və Azərbaycan əlaqələri daha da inkişaf edəcək və yeni müstəvidə daha da irəliləyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB