"Tək millət, tək ürək olduğumuzu sübut etdik" - SƏFİR

“Həqiqətən tək millət, tək ürək olduğumuzu sübut etdik”. SİA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev başsağlığı vermək üçün Türkiyə səfirliyinə təşrif buyurmuşdu: “Bütün nazirlər də zəng edərək mənə başsağlığı veriblər. Bu günə qədər dəstək göstərən, yardım edən hər kəsə təşəkkür edirəm. Həqiqətən tək millət, tək ürək olduğumuzu sübut etdik. Azərbaycanın hər bir rayonunda olan hər bir qardaşımıza təşəkkür edirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə