İşğaldan azad edilmiş ərazilərdə aşkarlanmış minaların sayı AÇIQLANDI

İşğaldan azad edilmiş ərazilərdə aşkarlanmış minaların sayı AÇIQLANDI

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə avqust ayı üzrə məlumatı açıqlayıb.

ANAMA-dan SİA-ya bildirilib ki, avqustun 1-dən 31-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 455 piyada əleyhinə mina, 70 tank əleyhinə mina və 503 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

634 hektar ərazi mina və PHS-lardan təmizlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə