Tramp Stalloneni mükafatlandırma mərasimində güldürüb...

Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp Hollivud aktyoru Silvester Stalloneni mədəni nailiyyətlərinə görə mükafatlandırma mərasimində güldürüb.

Siyasətçi zarafatla "Sly-dən kömək gözləmək olmaz,- deyib, SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti xəbər verir.

Stallone Trampın 2025-ci ildə Con Kennedi adına İfa Sənəti Mərkəzinin mükafatı ilə təltif edəcəyi bir qrup aktyor və musiqiçi arasındadır.

...Köməyə ehtiyacım olanda bilirdim ki, Sly-yə müraciət etməməliyəm. O, orada olmazdı. Amma bu axşamdan sonra orada olacaq.

Tramp bunu zarafatla deyib.

Ağ Ev rəhbəri həmçinin Stalloneni xüsusi dostu adlandırıb və aktyorun bəzi fantastik işlər gördüyünü əlavə edib.

Daha əvvəl ABŞ prezidentinin FIFA Sülh Mükafatının ilk laureatı olduğu açıqlanmışdı.

FIFA prezidenti Canni İnfantino siyasətçini laureat elan etdi və ona kubok və medal təqdim etdi.

Buna cavab olaraq Tramp Amerika futbolunun adının dəyişdirilməsinin vacibliyini bildirdi.

Daha əvvəl Donald Tramp milyonlarla insanın həyatını xilas etdiyinə əminliyini ifadə etmişdi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə