Yaponiyalı kişi böyük bir lotereya uduşunu həyat yoldaşından gizlədib...

...Onun qadını maliyyə məsələlərində çox sərt və qənaətcil olub.

Deməli, 66 yaşlı yapon kişi lotereyada 600 milyon yen (rus pulu ilə təxminən 300 milyon rubl –A.B.) udub və sonradan peşman olduğu qərarını həyat yoldaşından gizlədib.

SİA xəbər verir ki, South China Morning Post qəzetinin məlumatına görə, təqaüdçü dəbdəbəli həyat tərzi sürmək üçün pulu xəsis həyat yoldaşından gizli saxlayıb.

Qeyd etdiyimiz kimi, qadın maliyyə məsələlərində çox sərt və qənaətcil olub.

Xüsusilə, ərinə pivəyə pul xərcləməyi “tərgitdirib” və onu köhnə, ucuz maşın almağa məcbur edib.

Gözlənilməz lotereya uduşundan sonra yapon kişi həyat yoldaşına mükafatın cəmi beş milyon yen (2,5 milyon rubl) olduğunu və bu pulu evlərini təmir etmək üçün istifadə etmək niyyətində olduğunu deyib.

Bu vaxt təqaüdçü gizlicə dəbdəbəli həyat tərzi sürüb, bahalı əşyalar alıb və elit kurortlarda otaqlar sifariş edib.

Lakin tezliklə özünü günahkar və tənha hiss edib. Səyahətləri zamanı o, tez-tez uşaqlı evli cütlüklər görür və ailəsi haqqında xatirələr danışırdı.

Nəhayət, kişi qazandığı pulun təxminən 500 milyon yen (251 milyon rubl) hissəsini həyat yoldaşı və uşaqları üçün sığortaya yatırmaq qərarına gəlib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə