...Denisovanların Avrasiya, Cənub-Şərqi Asiya və Orta Asiyada məskunlaşdıqları məlumdur.
Onların mövcudluğunun izləri Altaydakı iki mağarada da aşkar edilmişdir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Denisovanların izləri Berezovka mağarası və Surka mağarasının tədqiqi zamanı Altayda aşkar edilmişdir.
Bunlar Avrasiya, Cənub-Şərqi Asiya və Orta Asiyada məskunlaşmış nəsli kəsilmiş insan növünün nümayəndələridir.
Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş Dövrü Arxeologiyası şöbəsinin müdiri Mixail Şunkovun TASS-a verdiyi məlumata görə, Denisovanların bir vaxtlar mağara ərazisində yaşadığını göstərən izlər iki yerdə tapılıb.
Arxeoloqlar Denisovan mədəniyyətinə xas olan texnikalardan istifadə etməklə hazırlanmış daş əsərləri, eləcə də orta əsr materialları və keçi və cüyür sümükləri aşkar ediblər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB