Suitilərin əvvəllər məlum olmayan davranış xüsusiyyəti aşkar edilib...

Onlar ölümlərindən sonra da balalarına qulluq etməyə davam edirlər...

...Ölü üzvlərinə qulluq etmək bütün heyvanlarda olmayan unikal bir xüsusiyyətdir. Məlum olur ki, bu davranış xüsusiyyəti suitilərdə mövcuddur.

SİA-nın məlumatına görə, Rod-Aylend Universitetinin doktorant tələbələri Emili Speru və Renato Borras-Çavez suitilərin unikal davranış xüsusiyyətlərini təsvir ediblər.

"Polar Biology" jurnalında dərc olunmuş bir məqaləyə görə, dişi bəbir suitiləri ölmüş olsalar belə, balalarına qulluq edirlər. Alimlər qrupu bir neçə belə halın şahidi olub.

Məsələn, bir dişi bəbir suitisi 20 gündən çox ölü bir balasını daşıyıb “əmizdirib”.

Başqa bir dişi suiti bir neçə il ərzində balasının cəsədi ilə ayrıla bilməyib.

Alimlər hesab edirlər ki, suitilərdə bu davranış onların da insanlar kimi məməli olmaları ilə bağlıdır.

Onlar eyni hormonları paylaşırlar, bəziləri doğuşdan sonra istehsal olunur.

Tədqiqatçılar izah ediblər: “...Bəlkə də ana öz daxilində dövran etməyə davam edən hormonlar səbəbindən balasını buraxa bilmir”...

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə