...Koreyalı alimlərin rəhbərlik etdiyi beynəlxalq tədqiqatçılar qrupu, həddindən artıq yeraltı suların çıxarılmasının Yer kürəsinin oxunun yerdəyişməsinə səbəb ola biləcəyini bildirib.
SİA xəbər verir ki, tədqiqatın nəticələri Geophysical Research Letters (GRL) jurnalında dərc edilib.
Alimlərin fikrincə, 1993-2010-cu illər arasında Yer kürəsindən təxminən 2150 giqaton su çıxarılıb ki, bunun da böyük bir hissəsi sonradan okeanlara axıb.
Tədqiqatçılar hesablayırlar ki, bu, dəniz səviyyəsinin altı millimetr qalxmasına səbəb olub ki, bu da planetin oxunun təxminən 86,5 santimetr yerdəyişməsinə uyğundur.
Bu mexanizm bucaq impulsunun qorunması prinsipi ilə izah olunur: planetdə kütlənin yenidən bölüşdürülməsi onun fırlanmasını dəyişdirə bilər.
Əvvəllər ox istiqamətində yerdəyişmə əsasən buzlaqların əriməsi ilə əlaqələndirilirdisə, indi elm adamları yeraltı suların hərəkətinə də diqqət yetirirlər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB