Belaruslu təqaüdçü Kianu Rivzə olan sevgisinə görə pullarından olub...

...SİA xəbər verir ki, Belarusun İstintaq Komitəsinin məlumatına görə, Vitebsk sakini özünü məşhur Hollivud aktyoru Kianu Rivz kimi təqdim edərək ondan pul ələ keçirən fırıldaqçının qurbanı olub.

Deməli, hər şey keçən ilin payızında bir kişinin messencerdə 63 yaşlı belarus qadına yazmasından başlayıbı.

Beləliklə, o, özünü məşhur Hollivud aktyoru Kianu Rivz kimi təqdim edib.

...Onlar rus dilində müzakirə olunan ümumi mövzulardan sonra sevgi mövzularına keçiblər.

...Kianu Rivz kimi özünü təqdim edən “kişi xaylağı” 63 yaşlı qadına nəinki sevgisini elan edib, hətta qadının hardansa ələ keçirdiyi fotoşəkillərini də göndərib və onu özünə aid edib.

...Qadının da, sən demə, elə “suyu axırmış” və onunla danışanın Kianu Rivz olmadığına şübhə-filan etməyib.

...Deməli, 2024-cü ilin dekabrında "aktyor" qadını xoş bir xəbərlə sevindirib. Belə ki, o qadına 500 min ABŞ dolları dəyərində bağlama göndərmək istədiyini deyib.

...Təbii ki, mövcud olmayan pulun pensiyaçıya çatması mümkün deyildi.

Ancaq “poçt şirkətlərinin nümayəndələri” qadına hədiyyənin poçt pulunu ödəməyi xahiş edən uydurma mesajlar göndərirlər.

Təbii ki, qadının alacağı 500 min ABŞ dolları müqabilində onun ödəyəcəyi 4 min rubl nədir ki..?

Amma sonradan “poçt şirkətlərinin nümayəndələri” tası 7 min dollara qaldırıblar.

...Və sonradan qadın kreditin faiz dərəcəsini dəqiqləşdirməyə gedəndə bank işçisi ona hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görüb.

Xəyallarının bitdiyi yer...

Müstəntiqlər zərərçəkmişi dindirib, onun mobil telefonuna baxış keçirib və fırıldaqçılarla yazışmaları cinayət işinin materiallarına əlavə ediblər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə