...Siqaret tüstüsü və kötüklərindən çıxan zəhərli maddələr antibiotiklərə davamlı bakteriyaların böyüməsini və yayılmasını təşviq edərək, həm ətraf mühitə, həm də siqaret çəkənlərin sağlamlığına təhlükə yaradır.
SİA-nın məlumatına görə, Environmental Health Perspectives jurnalında araşdırma dərc etdirən Drezden Texnologiya Universitetinin alimləri belə nəticəyə gəliblər.
...Müəlliflərin fikrincə, siqaret filtrləri suya daxil olanda təhlükəli mikroorqanizmlərin yuvasına çevrilir. Siqaret kötüklərində yaşayan bakteriya koloniyaları antibiotiklərə davamlı olur və sonra çaylar, göllər və çimərliklər vasitəsilə yayılaraq insanlar üçün təhlükə yaradır.
Siqaretin təhlükəsi təkcə ətraf mühitin çirklənməsində deyil. Təcrübələr göstərib ki, siqaret çəkənlərin özləri ağciyərlərində bakteriyalar arasında müqavimət genlərinin ötürülməsini asanlaşdıran şərait yaradırlar.
Bu, pnevmoniya kimi yoluxucu xəstəliklərin müalicəyə davamlı olma ehtimalını artırır.
Alimlər vurğulayırlar ki, bu cür dəyişikliklər standart terapiyaya cavab verməyən ölümcül infeksiya hallarının artmasına səbəb ola bilər. Onlar davamlı bakteriyaların yayılmasını yavaşlatmaq üçün siqaret tullantılarının atılmasına daha sərt nəzarət etməyə çağırırlar.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə