İnsanın təkamül nəzəriyyəsi əlavə sübutlar əldə etmişdir...

Maks Plank Geoantropologiya İnstitutunun alimləri apardıqları araşdırmalar zamanı aşkar ediblər ki, insanlar tropik meşələrdən əvvəllər düşünüldüyündən çox əvvəl yaşayış yeri kimi istifadə edə bilərdilər.

SİA-nın məlumatına görə, bu barədə Popular Archeology jurnalı xəbər verir.

İndiyə qədər insanın təxminən 18 min il əvvəl meşələrdə yaşamağa başladığına inanılırdı.

Bununla belə, bir qrup elm adamı, müasir Kot-d'İvuar ərazisində insanların təxminən 150 min il əvvəl tropik meşələri müstəmləkə etdiyini müəyyən edib. Tədqiqatçıların fikrincə, bu, insan təkamülünün əslində necə baş verdiyini və bir neçə bölgədə paralel olaraq baş verib-vermədiyini anlamağa kömək edəcək.

Professor və tədqiqat qrupunun rəhbəri Eleanor Şerri bildirib ki, birləşən dəlillər ekoloji müxtəlifliyin növlərimizin əsasını təşkil etdiyini açıq şəkildə göstərir.

İndi alimlər 150 min il əvvəl tropik meşələrdə məskunlaşan insanların yerli flora və faunanın inkişafına necə təsir etdiyini öyrənmək niyyətindədirlər. Əldə edilən məlumatlar insan növünün inkişafı ilə ətraf dünya arasındakı əlaqəni anlamağa kömək edəcəkdir.

Daha əvvəl bildirilmişdi ki, elm adamları dünya vaxtından bir saniyə çıxara bilər və bir neçə ildən sonra belə bir ehtiyac yarana bilər.

Mütəxəssislərin fikrincə, hazırda Yer planeti sürətlənir, lakin bunda qeyri-adi heç nə yoxdur.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə