Yeniyetmənin bədənindəki parazit əkizi çıxarılıb...

Unikal əməliyyat nəticəsində 17 yaşlı oğlan 15 kiloqramlıq yükdən - inkişaf etməmiş qardaşından azad edilib...

...Hindistanın paytaxtı Dehlidə həkimlər unikal əməliyyat keçiriblər - 17 yaşlı oğlan inkişaf etməmiş bədəni qarın boşluğuna yapışmış parazit əkizdən xilas edilib.

SİA-nın məlumatına görə, bu barədə BBC xəbər verir.

Belə hallar tibbdə olduqca nadirdir; 100 min nəfərdən biri belə anadangəlmə qüsur riski altındadır. Bu fenomen əkiz embrion uteroda inkişaf etməyə başlayanda, lakin cütlüyündən ayrılmadıqda baş verir, nəticədə biri digərinin hesabına inkişaf edir.

Parazit adlanan canlının yaşaması tamamilə ev sahibi orqanizmin gücündən asılıdır. Hindli oğlanın vəziyyəti belə olub: qarın boşluğundan əlavə əzalar dəsti, çanaq sümüyü və xarici cinsiyyət orqanı böyüyürdü ki, bunların hamısının çəkisi təxminən 15 kiloqram idi.

Həddindən artıq toxuma, sümük ağrı və temperatur dəyişikliklərinə həssas idi. Cərrahi müdaxilə 2,5 saat davam edib.

Tibb qrupunun rəhbəri Aşuri Krişna bildirib ki, dünyada cəmi əlli belə əməliyyat qeydə alınıb. Hər bir halda həkimlər uşaqlarla işləyib. Həkimin sözlərinə görə, o, yalnız öz biliyinə və peşəkar intuisiyasına güvənməli idi, çünki belə bir qüsurun təsviri praktiki olaraq yoxdur.

Neştər götürməzdən əvvəl həkimlər xəstəni skan edərək, qardaşların nə qədər yaxın qohum olduqlarını müəyyən ediblər.

Əkiz sinədəki bir damar vasitəsilə qanla təmin edilib, lakin əsas orqanlarla əlaqəsi olmayıb. Bundan əlavə, həkimlər gəncin qarnında böyük kista aşkar ediblər. Əvvəlcə "parazit", sonra isə neoplazma çıxarılıb. Əməliyyat zamanı onun qanı əkizinə axsa da, təzyiqi qalxsa da, oğlanın vəziyyəti stabilləşib.

O, artıq evdədir, sağalır və yeni həyata hazırlaşır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə