Hansı qidalar xərçəng və sürətli qocalmaya səbəb olur...

Mayami Universitetinin alimləri belə qənaətə gəliblər ki, “sürətlənmiş qocalma fenomeni” kolon xərçənginin inkişaf riskini artırır. İnsanın bioloji yaşı faktiki təqvim yaşını ötdükdə sürətlənmiş qocalma təhlükəli xəstəliklərin, o cümlədən kolon xərçənginin inkişafına kömək edən amillərdən birinə çevrilə bilər.

SİA xəbər verir ki, alimlərin fikrincə, son üç onillikdə 50 yaşa qədər insanlar arasında kolon xərçənginə tutulma halları 50 faiz artıb.

Alimlər izah edirlər ki, məsələn, insanın 50 yaşı var, amma bioloji yaşı 55-dirsə, bu, orqanizmin fəaliyyətinə təsir edir və xəstəliklərin, o cümlədən xərçəngin yaranmasına səbəb ola bilər.

Sürətli qocalmağa kömək edən mümkün amillər arasında kolbasa və hisə verilmiş ət kimi çox miqdarda emal olunmuş qidalar, həmçinin artıq çəki və pis vərdişlər də daxil olmaqla, pis pəhriz daxildir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə