...Moskva vilayətində 11 yaşlı məktəbli qız telefon fırıldaqçıları tərəfindən aldadılıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qızı aldadanlar onun nənəsinin səsindən istifadə etdilər
Deməli, hadisə Korolevdə baş verib. Telefon zəng çalanda məktəbli qız evdə olub. Zəng edən nənənin səsi ona özünün günahı üzündən xətaya düşdüyünü və hər an həbsxanaya göndərilə biləcəyini deyib.
Bundan sonra telefona “müstəntiq” cavab verərərək, nənəyə yataq dəsti və pul lazım olacağını deyib.
Məktəbli qız evdə olan 250 min rubl və 287 dollar taparaq qapıya gələn kuryerə verib.
Məsələnin məğzi məlum olandan sonra, qızın atası polisə müraciət edib.
Məlum olub ki, fırıldaqçılar nənənin səsini saxtalaşdıra biliblər.
Zərər 275 min rublu ötüb. Faktla bağlı “Dələduzluq” maddəsi ilə iş açılıb, dələduzları 6 ilə qədər həbs gözləyir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB