Amerikanın Michigan əyalətində insanların öldükdən sonra yenidən həyata döndürülmələri üçün bədənlərini soyuducu anbarlarda saxlayan Cryonics İnstitutu tutumunun dolduğunu bildirib.
SİA xarici mətbuata istinadən xəbər verir ki, Maye azotda mənfi 170° dondurulan ölü bədənlər yaxınlıqdakı yeni mərkəzdə depolanmağa başlanılıb. Mərkəz həyat sığortası vasitəsilə ödənən, 28 min dollardan başlayan prosesdə endirim edilməsi səbəbi ilə sıxlıq yaşadıqlarını açıqlayıb. Mərkəzdə dondurulan xəstə sayı 2006-cı ildə 600 nəfər ikən, 2023-cü ildə bu rəqəm 1975-ə çatıb. Digər tərəfdən mərkəz tibbi olaraq ölü qəbul edilən, sonra "dondurularaq saxlanılan insanları dirildə biləcəyinin qarantisini vermir.
Cryonics ölü bədənləri gələcəkdə onları həyata döndürmək məqsədilə mənfi 170 dərəcədə mühafizə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB