İspaniya yeni iqlim rekordu müəyyənləşib.
Belə ki, yanvar ayında Valensiyanın Kalles şəhərində temperaturu +30,7 dərəcəyə çatıb.
SİA xəbər verir ki, bu barədə “The Standard” AEMET meteorologiya agentliyinin məlumatlarına istinadən xəbər verir.
Qeyd olunur ki, bu, yanvar ayında İspaniyada indiyə qədər qeydə alınan ən yüksək temperatur olub.
...İspaniyanın digər şəhərlərində havanın temperaturu +28 dərəcəyə çatıb. Eyni zamanda, ölkənin cənubunda yerləşən Əndəlüsdə termometr üstəgəl 26 dərəcədən yuxarı qalxmayıb.
Alimlər dünyanın bir çox yerlərində yüksək temperatur, quru və küləkli şəraiti iqlim dəyişikliyi ilə əlaqələndiriblər. Bundan əvvəl ekoloq Olqa Kuriçeva 2100-cü ilə qədər Rusiyanın 5-10 dərəcə istiləşəcəyini proqnozlaşdırıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB