Makiyaj vasitələri tərkibində ağır kimyəvi maddələr olan məhsullardır. Hal-hazırda dəri problemlərinin artması və həssas dərinin daha çox önə çıxması ilə əlaqədar olaraq daha təbii tərkibli vasitələr istehsal olunmağa başlayıb. Lakin yenə də makiyaj hələ də dəri üçün zərərlidir.
Bir çox qadınlar makiyajlarını üzlərindən çıxarmadan yatırlar. Yəni, onlar tənbəlliklərinin qurbanı olur. Bəs, makiyajla yatmaq dərimizə necə zərər verir?
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Makiyajla yatmaq dəri məsamələrini bağlayır. Dərinin nəfəs alması üçün onu kosmetik vasitələrdən təmizləmək lazımdır.
Dərinin qızarmasına və qabarcıqlara səbəb olan səhvlərdən biri də makiyajlı yatmaqdır. Ləkəsiz və təmiz bir dəri üçün yatmazdan əvvəl kosmetik vasitələr çıxarılmalıdır.
Bəzi qadınlar var ki, bir gün belə makiyajsız qala bilmir. Lakin, makiyaj materiallarının əksəriyyətində çoxlu kimyəvi maddələr və inqrediyentlər var. Bu kimyəvi maddələr dərini müxtəlif yollarla zədələyir, qıcıqlandırır və yaşlandırır. Makiyajlı yatmaq makiyajın bu mənfi təsirlərini daha da artırır.

Dəri erkən qocalır
Makiyajı silmədən yatmağın ən çox zərəri dərinin vaxtından əvvəl qocalmasına və gənc yaşda qırışmasına səbəb olmasıdır.
Tonal krem, pudra və s. makiyajdan istifadə etmək və yatmazdan əvvəl dəridən çıxarmamaq məsamələri bağlayır, dəridə kollagen və elastin istehsalını məhdudlaşdırır, incə xəttlərə və dərin qırışlara səbəb ola bilər. Bu, dərinin qocalmasının 90% -nə səbəb olan günəşin zərərli şüalarına məruz qalmanın da üstündədir. Odur ki, günün sonunda makiyajınızı silmədən yatmayın və hər gün günəş kremi istifadə edin.
Həm yayda, həm də qışda hər gün günəşdən qoruyucu istifadə etməyə davam etdiyinizə əmin olun, çünki kifayət qədər günəş kremi istifadə edilmədikdə xəttlər və qırışlar, dəri teksturasının pozulması, elastikliyin itirilməsi, damar dərisi problemləri və piqmentasiya dəyişiklikləri kimi klassik yaşlanma əlamətlərini sürətləndirir.
Dəri xərçənginə səbəb ola bilər
Tərkibində toksik və ya kanserogen (xərçəng törədən) maddələr olan kosmetik məhsullar ciddi sağlamlıq riskləri yarada bilər. İstehsalçılar məhsullarını təhlükəsizlik baxımından sınaqdan keçirəndə, tez-tez allergik reaksiyalar və ya qıcıqlanma kimi dəridə qısamüddətli yan təsirlərə diqqət yetirirlər. Lakin keyfiyyətsiz makiyaj vasitələrindən istifadənin dəri xərçəngi də daxil olmaqla ciddi zərərləri var. Ona görə də kosmetik məhsullar alarkən tanınmış brendlərə üstünlük verilməlidir.
Makiyajın dəridə uzun müddət qalmaması üçün makiyajınızı çıxarıb yatmalısınız.

Göz infeksiyasına səbəb ola bilər
Tuş, layner və göz kölgəsi kimi istifadə edilən materiallar xüsusilə həssas gözləri olan insanlarda infeksiyaya səbəb ola və gözdə qızartı, yanma, ağrı, şişlik kimi əlamətlərə səbəb ola bilər.
İnsanlar gündə orta hesabla 8 saat yatır və uzun müddət gözlərdə makiyaj qalması infeksiya riskini artırır.
Məsamələri bağlayır
Dəri məsamələr sayəsində dəri nəfəs alır və dərinin nəm balansı qorunur. Yatmadan əvvəl makiyaj silinməzsə, makiyaj materialları dərinin məsamələrini bağlaya və qara nöqtə, sızanaq və ağ nöqtə kimi dəri problemlərinə səbəb ola bilər.

Dərini quruda və ya yağlandıra bilər
Dərinizin tipinə uyğun olmayan makiyajdan istifadə etsəniz, dəriniz daha yağlı və ya quru ola bilər. Dəridə həddindən artıq yağ istehsalı məsamələrin tıxanmasına səbəb olur.
Həmçinin, bu quru dəri dərinin soyulması, qaşınması və qanaxması kimi problemlərə səbəb ola bilər.
Dəridə hiperpiqmentasiyaya səbəb ola bilər
Makiyajlı yatmağın başqa bir zərəri də hiperpiqmentasiyaya səbəb olmasıdır. Hiperpiqmentasiya rəng qeyri-bərabərliyi və dəridə ləkə kimi müəyyən edilir. Dərini qıcıqlandıran və dəri keyfiyyətini azaldan kosmetik məhsullar da tünd ləkələrə və ya iltihabdan sonrakı hiperpiqmentasiyaya (PIH) səbəb ola bilər.
Dəridə allergiya
Makiyajın tərkibindəki kimyəvi maddələr dəridə allergik reaksiyalara səbəb ola bilər. Makiyaj məhsullarının əksəriyyətində zərərli kimyəvi maddələr, süni rənglər, paraben və SLES kimi ətirlər var.
Bunlar bir gecə dəridə qaldıqda, allergik reaksiyalara səbəb olur. Allergik reaksiya ilə qızartı, yanma və qaşınma kimi dəri problemləri yarana bilər.
Dərimizi az da olsa necə qoruyaq?
Əgər makiyajdan vaz keçə bilmirsinizsə, makiyajın zərərini minimuma endirmək üçün diqqət etməli olduğunuz şeylər bunlardır:
- Makiyajınızı silmədən yatmayın.
- Makiyajınızı makiyaj təmizləyicisi ilə yaxşıca sildikdən, üzünüzü bol su ilə yuyub quruladıqdan sonra yatmaq olar.
- Makiyaj məhsullarının son istifadə tarixlərinə diqqət edin və köhnə məhsulları atın.
- Bakteriyaları öldürmək və məhsul qalıqlarını, təri və ölü dəri hüceyrələrini təmizləmək üçün makiyaj fırçalarınızı və süngərlərinizi həftədə bir dəfə yuyun.
- Dərinizin tipinə uyğun olan yumşaq, komedogen olmayan maddələr seçin.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB