Vladimir Sorokinin romanı ekspertizaya göndəriləcək

... AST nəşriyyatı yazıçı Vladimir Sorokinin yeni romanını ictimai fəalların şikayətindən sonra ekspertizaya göndərəcək. Nəşriyyatın nümayəndələrinin Forbes-ə verdiyi məlumata görə, “İrs” romanının Rusiya qanunvericiliyinə uyğunluğu yoxlanılacaq.

Eyni zamanda AST özü də bildirdi ki, redaktorlar və nəşriyyatlar kitabın mətnində qınaq obyekti görməyiblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bundan əvvəl Mash teleqram kanalı Rusiya İstintaq Komitəsinə “İrs” romanının araşdırılması tələbi ilə kollektiv müraciət daxil olduğunu bildirmişdi.

Müraciət müəlliflərinin sözlərinə görə, kitabda “LGBT təbliğatı” və “uşaqlara qarşı zorakılığın təbliğatı” yer alıb. Sənədi 1500-dən çox insan imzalayıb və maraqlıdır ki, onların əksəriyyəti özlərini yazıçı və “rus nəsrinin tərəfdarı olan oxucular” kimi təqdim ediblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə