Qırışlar dəridə qocalmanın təbii elementidir. SİA xəbər verir ki, qırışlar ən çox üz, boyun, əllər və qollar kimi günəşə məruz qalan yerlərdə görünür. Genetika əsasən dərinin quruluşunu və teksturasını təyin etsə də, xüsusilə açıq dərili insanlarda qırışların əsas səbəbi günəş şüalarıdır. Ətraf mühitin çirklənməsi və siqaret də dərinin qırışmasına səbəb olur. Bu gün, qırışlarından narahat olan insanlar üçün onları düzəltmək və ya daha az görünən etmək üçün bir çox fərqli variant var. Ən təsirli qırışların müalicəsi dərmanlar, dərinin yenilənməsi üsulları, dolğular və plastik cərrahiyyədir.

Qırışların səbəbi nədir?

Qırışların görünüşü müxtəlif amillərin birləşməsindən qaynaqlanır. Bu amillərin bəzilərinə nəzarət etmək mümkün olsa da, digərlərinə nəzarət etmək mümkün deyil. Yaşlandıqca insanın dərisi təbii olaraq daha az elastik və daha kövrək olur. Təbii yağ istehsalının azalması dərinin qurumasına gətirib çıxarır ki, bu da onu daha qırışlı göstərir. Yaş artdıqca dərinin dərin qatlarında olan yağlar azalır. Bu, boş, sallanan dərinin və xəttlərin və uzanma işarələrinin daha nəzərə çarpan görünməsinə səbəb olur. Bundan əlavə ultrabənövşəyi işığa məruzqalma, təbii yaşlanma prosesini sürətləndirir. UV şüalarına məruzqalma dərinin birləşdirici toxumasını, dermis adlanan dərinin dərin qatında olan kollagen və elastin liflərini parçalayır.

Dəstəkləyici, birləşdirici toxumasını itirən dəri davamlılığını və elastikliyini itirir. Buna uyğun olaraq dəri vaxtından əvvəl sallanmağa və qırışmağa başlayır. Bu səbəbdən vaxtından əvvəl qırışların yaranmasının əsas səbəbi ultrabənövşəyi şüalanma hesab olunur. Siqaret çəkmək, siqaretin tərkibindəki maddələrin kollagenə təsirindən ötəri dəridə normal qocalma prosesini sürətləndirərək qırışların yaranmasına kömək edə bilər.

Hansı dəri tipində qırış çox olur?

Dəri qırışları üçün nəyin faydalı olduğu sualını verməzdən əvvəl öz dəri tipinizi öyrənməlisiniz. Hər bir dəri növünün müsbət və mənfi tərəfləri var və problemləri də fərqlidir. Dərinizin növünü düzgün təyin etməsəniz, yanlış məhsulun istifadəsi dərinizə zərər verə bilər; O, həmçinin sızanaq, səpgilər və milia əmələ gəlməsi kimi digər problemlərə də səbəb ola bilər.

Dəri qırışları bir çox amillərin birləşməsi nəticəsində yaranır. İncə və quru dəri quruluşlu, ağ dərili insanların qırışlara daha çox meyilli olduğu bilinsə də, insanın genetik quruluşu mühüm yer tutur. Bu məntiqlə demək olar ki, tünd, yağlı və qalın dəri quruluşuna malik insanlarda qırışlar gec müşahidə edilir. Lakin unutmaq olmaz ki, mimikalardan istifadə də qırışlara birbaşa təsir edir. Ona görə də hansı dəri növünün qırışlara daha çox meyilli olduğunu söyləmək düzgün deyil. Bu vəziyyət bir çox amillərdən asılı olaraq dəyişir.

Qırışların qarşısını necə almaq olar?

Dəridə qırışların əmələ gəlməsini minimuma endirmək üçün fərdlərin görə biləcəyi bir sıra ehtiyat tədbirləri var. Buna görə də ilk növbədə dərini günəşdən qorumaq lazımdır. Günəş altında, xüsusən də günün ortasında sərf olunan vaxt məhdudlaşdırılmalıdır. Geniş kənarlı papaqlar, uzunqol köynəklər və günəş eynəyi kimi qoruyucu geyimlər həmişə günəşdə olarkən taxılmalıdır. Bundan əlavə, il boyu açıq havada vaxt keçirərkən günəş kremindən istifadə edilməlidir.

İstifadə olunan günəş kreminin ən az 15 qoruma faktoru olması vacibdir. Bunun ideal olaraq 30 və ya daha çox əmsal olması tövsiyə olunur. Həm UVA, həm də UVB şüalarını maneə törədən geniş spektrli günəş kremlərinə üstünlük verilməlidir. Günəşdən qoruyucu krem bolca tətbiq edilməli və hər iki saatdan bir yenilənməlidir. Üzgüçülük və ya tərləmə zamanı günəş kremi daha tez-tez təkrar tətbiq oluna bilər.

Quru dəri dolğun dəri hüceyrələrinin kiçilməsinə səbəb olur ki, bu da vaxtından əvvəl incə xətt və qırışların yaranmasına səbəb ola bilər. Dərinin nəmləndirilməsi dəridə təbii olaraq suyu tutaraq xırda xətləri və qırışları maskalamağa kömək edir. Nəmləndiricilərin dəriyə təsirini və hər hansı bir yaxşılaşma olub-olmadığını müəyyən etmək üçün bir neçə həftə ərzində nəmləndirici vasitələrdən istifadə edilməlidir.

Siqareti buraxmaq qırışların qarşısını almaq üçün faydalı olacaq. Uzun illər və ya çox miqdarda siqaret çəkən fərdlərdə belə, siqareti buraxdıqdan sonra dəri rənginin və toxumasının yenidən yaxşılaşdığı, qırışların azaldığı müşahidə edilmişdir.

Bəzi elmi sübutlar var ki, normal olaraq insanların pəhrizlərində olan bir sıra vitaminlər dərini qorumağa kömək edir. Qidalanmanın qırışlar üzərindəki rolu ilə bağlı daha çox araşdırma aparılmalı olsa da, bol meyvə və tərəvəz yemək həmişə sağlam bir seçimdir.

Simptomlar

Qırışlar insanın dərisində əmələ gələn xətt və qırışlardan ibarətdir. Bəzi qırışlar zamanla dərin çatlara və ya yivlərə çevrilə bilər. Bu dərin çatlar xüsusilə göz, ağız və boyun ətrafında nəzərə çarpa bilər.

Dərinin görünüşündən narahat olan insanlar dermatoloqa müraciət etməlidirlər. Dermatoloqlar dəri, saç və dırnaqlar üzrə ixtisaslaşmış həkimlərə verilən adlardır. Dermatoloqlar fərdin dərisini qiymətləndirə və fərdin fərdi dəriyə qulluq planını yaratmağa kömək edə bilər. Dermatoloqlar zəruri hallarda fərdlərə tibbi qırış müalicəsini də tövsiyə edə bilərlər.

Müalicə üsulları

Mövcud qırışları aradan qaldırmaq və ya onları daha az nəzərə çarpan etmək üçün bir neçə qırış müalicəsi variantları mövcuddur. Bu müalicə üsullarına dərman müalicəsi və cərrahi müdaxilə üsulları daxildir.

Dərmanla Qırış Müalicəsi

A vitaminindən əldə edilən reçeteli dərmanlar dəriyə tətbiq edildikdə incə qırışları, ləkələri və kobudluğu azalda bilər. Təkmilləşməni görməzdən əvvəl məhsulu bir neçə həftə və ya aylar ərzində istifadə etmək mümkün ola bilər.

Bəzi yerli dərmanlar dəridə müvəqqəti qaşınma, qızartı, yanma və ya quruluğa səbəb ola bilər.

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə