Ruslar cənnətdən daha çox cəhənnəmə inanırlar...

Bu günlərdə Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi ruslar arasında maraqlı bir sorğu keçirib: siz cənnətə inanırsınız, yoxsa cəhənnəmə...

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sorğuda iştirak edən ruslar cənnətdən daha çox cəhənnəmə inandıqlarını izhar ediblər.

Belə ki, rəyi soruşulanların 44 faizi cəhənnəmə, 41 faizi isə cənnətə inandığını bildirib. Eyni zamanda, qadınlar kişilərdən daha çox cəhənnəmə inanırlar (49 faizə qarşı 47 faiz). Müsahibə edilən qadınlardan daha çox kişilər cənnət inancları haqqında danışıblar (47 faizə qarşı 46 faiz).

Sən demə, ruslar şeytandan daha çox Allaha inanırmışlar (66 faizə qarşı 47 faiz). Respondentlərin yarıdan çoxu (56 faiz) mələklərə inandığını bildirib.

Sorğunun nəticələrinə görə, son üç onillikdə rusların həyatında dinin rolu xeyli artıb.

Ümumilikdə dinin vacib olduğu rusların payı indi 40 faiz olub ki, bu da 1993-cü ildə 28 faiz olmuşdu.

Eyni zamanda, dinin heç bir rol oynamadığı şəxslərin payı azalıb: 1993-cü ildəki 35 faizdən 2023-cü ildə 28 faizə qədər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə