Moskvanın cənub-şərqində uşaq bağçasının ərazisində gürzəyə bənzər ilan görüntülənib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, uzunluğu təxminən 1,5 metrə çatan sürünəni əvvəlcə məktəb ərazisində görüblər, sonra isə sürünərək qonşu uşaq bağçasına keçib. Hadisənin Beloreçenskaya küçəsində baş verdiyi deyilir.
Qeyd edək ki, hadisənin başvermə şəraitini araşdırmaq üçün təcili yardım çağırılıb.
Yeri gəlmişkən, ehtimallara görə, bu gün Moskvada üç növ ilan yaşayır - mis başlıqlı ilanlar, rusların uji (Natrix) adlandırdıqları ilanlar və gürzələr.
Qeyd edək ki, bu günlərdə Ekvador alimləri yeni növ boa ilanı aşkar etdiklərini bəyan ediblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB