Baykalda itən ata ilə on yaşlı oğlu paralel dünyaya gediblər?

...Baykal gölündə müəmmalı şəkildə yoxa çıxan kişi və onun on yaşlı oğlu paralel dünyaya gedə bilərlər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu ekstrasens, okkultist Andrey Harris deyib.

Onun dediyinə görə, Yer kürəsində çox yüksək sehrli aktivliyə malik yerlər - müxtəlif dünyalar arasında keçid nöqtələri deyilən yerlər var. Bir dəfə bu yerlərdən birində insan başqa ölçüyə və ya başqa bir dünyaya girə bilər.

Harris ölülər dünyasından, keçmişdən, gələcəkdən və ya sehr baxımından mövcud olan digər paralel dünyalardan danışdığını bildirib.

İnsanların belə yerlərdə yoxa çıxması və özlərini, məsələn, keçmişdə tapması, sonra da bu nöqtədən kilometrlərlə uzaqda harasa çıxıb bütün bunları danışması ilə bağlı çoxlu misallar var idi. Təbii ki, çox zamn onları dəli kimi qəbul edirlər. Lakin bütün bunlar Yerdəki belə aktiv mistik nöqtələrin hiylələridir.

Baykalın, sadəcə olaraq, belə yerlərdən biri olduğunu deyən Harris, burada şamanizmin çiçəklənməsinin və böyük miqdarda sehrli enerjinin cəmlənməsinin də səbəbsiz olmadığınıa diqqət çəkib.

Qeyd edək ki, ekstrasens bunun Baykalda insanların itməsi ilə bağlı ilk hadisə olmadığını xatırladaraq ata və oğulun gecə saatlarında yoxa çıxmasına diqqət çəkib.

Yeri gəlmişkən xatırladaq ki, iyulun 23-dən 24-nə keçən gecə Baykal gölündə kişi və oğlunun izaholunmaz şəkildə itməsi baş verib. Belə ki, onların Bolşoe Qoloustnoye kəndindən Pesçanaya buxtasına qayıqla getdikləri məlum olub. Onlar duman zolağına düşərək gözdən itiblər.

Qeyd edək ki, axtarışlar hələ ki, heç bir nəticə verməyib: xilasedicilər nə qayığın, nə də ki, itənlərin heç bir izini tapmayıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə