Soya yüksək keyfiyyətli zülaldır. Gündə bir və ya iki porsiya soya məhsulu sağlamlıq üçün faydalıdır.
Soya sümük, ürək-damar, insult, koronar ürək (CHD) və bəzi xərçəng xəstəlikləri də daxil olmaqla bir sıra sağlamlıq problemlərinin riskini azalda bilər.
Soya şəkər xəstəliyindən - diabetdən qoruyur. Yaxşı lif və zülal qaynağı olan soyada yüksək yağ olmasına baxmayaraq, xolesterol yaratmır və diabeti idarə etməyə kömək olur.
Soya lobyası yemək diabeti idarə etmək və qarşısını almaq üçün təsirli bir yoldur, orqanizmdə insulin reseptorlarını artırmaq qabiliyyətinə malikdir. Bu, ilk növbədə diabetin baş verməsinin qarşısını ala bilir və ya şəkər həddindən artıqdırsa, xəstəliyi effektiv şəkildə idarə etməyə kömək edə bilir. Üstəlik soyada karbohidrat miqdarı inanılmaz dərəcədə aşağıdır.
Soya lobyası qan azlığına yaxşı gəlir. Dəmir və mis soyada bol olan iki vacib mineraldır. Hər iki komponent qırmızı qan hüceyrələrinin istehsalı üçün vacibdir.
Ürək-damar xəstəliklərindən qoruyur. Soya ilə zəngin qidalanma insult və ürək-damar xəstəliklərindən qoruyur. Belə ki, soya paxlası ürək xəstəlikləri üçün məlum risk faktorları olan ümumi xolesterin və pis xolesterin (LDL xolesterol) səviyyələrini azaldır.
Qan təzyiqini aşağı salır, arteriya divarlarını elastik etməsi sayəsində.
Soya istilənmə, halsızlaşma və s. kimi menopoz əlamətlərini azaltmağa yardımcı olur.
Xərçəngin müalicəsində istifadə olunur. Tərkibindəki antioksidantlarla sərbəst radikalları neytrallaşdıran soya lobyası xərçəngi başlanğıcında ləngidə bildiyi üçün müalicəsi prosesində istifadə etmək faydalıdır. Amma bunu da qeyd edək ki, döş xərçəngi riski yüksək və ya keçmişdə döş xərçəngi ilə bağlı müalicə keçmişi olan soya lobyası və əlavələrini qəbul etməməlidir. Ümumiyyətlə, bütün paxlalı bitkilərdən həddini aşmamaqla kifayət qədər istifadə olunmalıdır.
Soya paxlasının yaxşı yatmağa faydası var. Maddələr mübadiləsini tənzimləyərək yüksək səviyyədə maqnezium ehtiva edir ki, bu da yuxunun keyfiyyətini artırır və effektiv dinləməni təmin edir. Bundan əlavə, soya lobyasında postmenopozal qadınların keyfiyyətli yuxu almasına kömək edən estrogen kimi birləşmələr də var.
Həzmi yüngülləşdirir. Bütün bədənin işləməsi üçün vacib olan pəhriz lifi soyada yüksək miqdarda olur və bu, həzm sisteminə yaxşı təsir edir. Həzmi sürətləndirən qida qəbizliyə qarşı təbii müalicə kimi həzm sistemini rahatlaşdırarır, qıcıqlanmış bağırsaq sindromuna yaxşı gəlir və bədən tarazlığını qorumağa kömək edir.
Soya həmçinin prebiyotik rolunu oynayan sağlam bağırsaq bakteriyalarının böyüməsini stimullaşdıran aktiv tərkib hissəsinə malikdir.
Qırışların qarşısını alır. Soya lobyası yemək və yağını dəriyə sürtmək ləkələrdən qırışlara qədər bir çox dəri problemlərini həllinə kömək edir.
Sağlam sümüklər üçün soya lobyası yüksək mineral və vitamin tərkibilə xeyirlidir. Soyada olan sink, selen, mis, maqnezium və kalsiumun təsirli səviyyələri sümükləri daha güclü və sağlam saxlamağa kömək edir. Bütün bu elementlər sümüklərdəki maddələrin fəaliyyətini gücləndirir, yeniləndirir və sağalma prosesini sürətləndirir. Sümüklərin güclü olması və hər hansı xəstəlikdən uzaq olmaq üçün gündəlik yemək menyusuna soya lobyası daxil etmək faydalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB