Əriyən buzlaqlar Türkiyəni də əhatə edən dənizlərdə suyun səviyyəsini yüksəldir.
Mütəxəssislər buzlaqlarının əriməsinin Türkiyəni əhatə edən dənizlərin ildə 4 millimetr yüksəlməsinə səbəb olduğunu və bunun mövcud infrastrukturlara zərər vermə eytimalına qarşı bu strukturların yenidən nəzərdən keçirilməsinin əhəmiyyətini vurğulayır.
Bu günkü proqramımızda əriyən buzlaqların Türkiyəni əhatə edən dənizlərə olan təsirindən danışacağıq.
Günəş şüalarının təxminən 80 faizini əks etdirərək dünyanın həddindən artıq istiləşməsinin qarşısını alan Şimal qütbündəki buzlaqlar 1970-ci illərdən bəri demək olar ki, yarıya qədər azalıb.
Bu gün Şimal qütbündəki buzlaqlar il ərzində mövcudluğunu davam etdirir. Hər il yay fəslində bu buzlaqlar azalır, qışda isə yenidən artır. Lakin tədqiqatçılar Şimal qütbündəki buzlaqların hər 10 ildən bir 13 faiz əridiyini və 2050-ci ilin yay fəslinədək buzlaqların əriyəcəyi ilə bağlı xəbərdarlıq edir. Oxşar mənzərə Antarktida buzlaqlarında da müşahidə olunur. 1992-ci ildən bu günə qədər qitədən alınan peyk görüntüləri nəhəng buzlaqların hər il 7 metr əridiyini və hər il okeanlara 120 ilə 140 milyard ton buzun qarışdığını göstərir.
İqlim dəyişikliyinin təsiri ilə qütbdəki buzlaqlarının əriməsi dünya dənizlərinə və okeanlarına mənfi təsir edir, ekstremal hava hadisələrinin yaşanmasına və dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur.
Anadolu Agentliyinin müxbirinin qütb buzlaqlarının əriməsinin Türkiyəni əhatə edən dənizlərə təsiri ilə bağlı suallarını cavablandıran Dokuz Eylül Universitetinin Dəniz Elmləri və Texnologiyaları İnstitutunun Dəniz Elmləri Fakültəsinin rəhbəri professor Şükrü Turan Beşiktepe bildirib ki, buzlaqların əriməsi ilə okeandakı suyun səviyyəsi və bütün dənizlərdəki istilik artıb.
Şükrü Turan Beşiktepe deyib: "Aparılan araşdırmalarda görürük ki, Türkiyənin dəniz səviyyəsi ildə 4 millimetr yüksəlib. Bu, çox kiçik bir yüksəliş kimi görünə bilər, lakin on ildə 4 santimetrə, bir əsrdə isə 40 santimetrə çatacaq. Dəniz suyu istiləşir, suyun səviyyəsi yüksəlir. Bu da dənizlərin ildə 4 millimetr artmasına səbəb olur. Dəniz səviyyəsindəki bu artım daha da artacaq. Biz sahilyanı ərazilərimizdə dəniz səviyyəsinin yüksəlməsini açıq şəkildə müşahidə edəcəyik və bunun nəticələrini yaxın 20 ildə yaşamağa başlayacağıq''.
Yıldız Texniki Universitetinin (YTU) biomühəndislik fakültəsinin müəllimi professor Didem Balkanlı Özçimen qlobal istiləşmənin həm atmosfer, həm də okean sularında temperaturun artmasına,buzlaqların hər zamankindən daha sürətli əriməsinə səbəb olduğunu bildirib.
Buzlaqların qoruyucu örtük rolunu oynadığını xatırladan Özçimen deyib: “Qütblərdəki buzlaqlar dünya iqlim sisteminin, dəniz səviyyəsinin və temperaturunun, okean axınlarının, şirin suyun qorunmasında və tarazlaşdırılmasında mühüm rol oynayır. Buzlaqlar əridikcə və okeanlar isindikcə, okean axınları bütün dünyada hava şəraitini pozur."
Antarktida yarımadasındakı diqqətəlayiq istiləşmə meylinin ekosistem və kriosfer proseslərində bəzi dəyişikliklərə səbəb olduğuna və son illərdə böyük buz kütləsi itkilərinə səbəb olduğuna diqqət çəkən Özçimen, müşahidə edilən digər təsirin də qar örtüyü səthlərində meydana gələn yosun olduğunu söyləyib. O, həm qlobal istiləşmənin, həm də yosunların buzlaqların ərimə prosesini sürətləndirdiyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Niyə sürücülər avtomobil açarlarını folqaya bükürlər..?
Maraqlı 21:27Şahzadə Diananın toyundan əvvəl baş verənlər...
Maraqlı 21:04Rusiyanın avtobus nəhəngi iflas həddindədir...
İqtisadiyyat 20:49Məktəbdə şagirdlər arasında insident baş verib
Sosial 20:36“Sabah” La Liqa komandası səviyyəsindədir”
Müsahibə 20:01Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib
Dünya 19:55“Mən ruhumu dinləməyi öyrəndim”...
Sosial 19:48Qazaxıstan-Özbəkistan sərhədində tıxaclar var...
Dünya 19:26İlin ilk Super Ayı görünür
Sosial 18:45Şok rəqəmlər...
Dünya 18:2718 marşrutun hərəkət sxemi dəyişəcək...
Sosial 17:58Digər mühüm məqam isə gənc ailələrlə bağlıdır...
Sosial 17:29“Sizə bir sirr deyəcəyəm...”
Dünya 16:13Azərbaycanın inkişafında yeni dövr - TƏHLİL
Siyasət 15:27Qarabağsız, “Ararat”sız, problemsiz… - BAXIŞ BUCAĞI
Siyasət 15:02Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Siyasət 14:43Rusiyaya kosmosdan hücum - RAKURS
Siyasət 13:51İdman və giriş qadağası
Dünya 13:38Sabah Azərbaycanda yağış yağacaq
Hadisə 13:14Azərbaycan muğamı Pakistan səhnəsində böyük rəğbətlə qarşılanıb
Mədəniyyət 11:08Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8548
-0,65%
-
GBP
2,2166
-0,53%
-
RUB
2,0745
-0,31%



