Yohannesburqda 11 ildən sonra qar yağıb

Cənubi Afrikanın ən böyük şəhəri və iqtisadi paytaxtı Yohannesburqa 2012-ci ildən bəri ilk dəfə qar yağıb

Cənubi Afrikanın ən böyük şəhəri və iqtisadi paytaxtı Yohannesburqa 2012-ci ildən bəri ilk dəfə qar yağıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Həftə sonundan etibarən qışın ən soyuq günlərini yaşayan Cənubi Afrika Respublikasının Şərqi Cape başda olmaqla Cənub yarımkürəsinin bəzi bölgələrində qar yağışı təsirli olub.

Yohannesburqa bu gün səhər saatlarından qar yağıb.

Qarın çox nadir düşdüyü Yohannesburqda şəhər sakinləri 11 ildən sonra gördükləri qardan həzz alıblar.

Cənubi Afrika Meteorologiya Xidmətinin (SAWS) verdiyi açıqlamada, mənfi hava şəraitinin həftə boyu davam edəcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə