Surqut sakini "LGBT təbliğatı"na görə 100 min rubl cərimələnib

Bu arada Surqut sakini “LGBT təbliğatı” ilə bağlı inzibati maddə ilə 100 min rubl, qadağan olunmuş simvolların nümayişi maddəsi ilə isə daha 1000 rubl cərimə olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Xantı-Mansiysk Muxtar Dairəsi üzrə İdarəsi məlumat yayıb.

17 yaşlı sakin “sosial şəbəkədə yayılan görüntülərə görə” cərimələnib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, şəkillərdə onun dəqiq nə göstərildiyi məlum deyil.

Xatırladaq ki, 2022-ci ilin dekabrından Rusiyada homoseksuallıq, biseksuallıq və transseksuallıq haqqında müsbət məlumatların yayılması qadağan edilib.

Belə ki, Prezident Vladimir Putinin imzaladığı qanuna görə, buna görə vətəndaşlar üçün 400 min rubla qədər, təşkilatlar üçün isə 4 milyon rubla qədər cərimə nəzərdə tutulub.

Qeyd edək ki, hələ o vaxt “Roskomnadzor” 200-dən çox saytı qadağan olunmuş məlumatların reyestrinə daxil etməklə yanaşı, bir çox kitab mağazaları da qeyri-ənənəvi cinsi əlaqənin qeyd olunduğu məhsulları satışdan çıxardı.

Yeri gəlmişkən, rusların bu qanunu LGBTQ+ təşkilatları tərəfindən sərt tənqid edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə