Tələsik və ya qaçaraq yemək sinir sisteminə mənfi təsir göstərir

Yavaş yemək - fast food ilə mübarizədə yaranmış beynəlxalq hərəkatdır. Onun əsas məqsədi sağlam həyat tərzini təbliğ etmək və təbii məhsullardan istifadə ənənələrini canlandırmaqdır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, dietoloq yavaş yeməyin vacibliyi ilə bağlı fikirlərini bölüşüb. ...İnsanlar yemək alır və ondan həzz almağa çalışırlar. Müşahidə etsəniz hətta heyvanlar da yavaş-yavaş yeyir və yeməyi yaxşıca çeynəyirlər. Qaçarkən yemək qəbul etmək beynimizi və sinir sistemimizi həyəcanlı vəziyyətə salır. Sakitləşmək üçün yeməyə şüurlu yanaşmaq lazımdır və ona görə də oturun, qadcetlərinizi kənara qoyun və diqqətinizi yeməyə yönəldin.

Həkimin sözlərinə görə, insan yavaş-yavaş və sakit yemək yeyəndə onun həzm sistemi tam gücü ilə işləməyə başlayır. ...Yavaş-yavaş və şüurlu qidalansaq, daha az yeməklə kifayətlənəcəyik.

Bunu da həkim deyir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə