Çanaqqalanda meşə yanğınları yanğınsöndürən qrupların müdaxiləsi ilə təxminən 3 saat ərzində nəzarət altına alınıb. Ezine və Ayvacık rayonları arasında, Kösedere kəndi, Çamiçi məhəlləsi yaxınlığındakı ərazidə naməlum səbəbdən yanğın baş verib. Kəndlilər vəziyyəti lazımi orqanlara bildirdikdən sonra yanğınsöndürənlər bölgəyə yönəldirilib.

Ezine və Geyikli bələdiyyələri, Ayvacık Meşə Təsərrüfatı Müdirliyinə və Ezine Meşə Əməliyyatı Müdirliyinə bağlı qrupların 2 vertolyot, 3 su təchizatı maşını və başqa nəqliyyat vasitələri ilə həyata keçirdikləri əməliyyata çoxlu sayda şəxsi heyət də dəstək verib.

Komandalar, vətəndaşların köməkliyi ilə yaşayış sahəsinə yaxınlaşan alovun daha da yayılmasının qarşısını almaq üçün böyük səylər göstəriblər.

Bölgənin 3 hektar sahəsində təsirli olduğu təyin olunan yanğın, təxminən 3 saat ərzində nəzarət altına alınıb ​​və soyutma işlərinə başlanılıb.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...