Cəlilabadda 4 otaqlı ev əşyaları ilə birgə yanıb

Cəlilabad rayonunun Pərdi kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Bütün xəbərlər Facebook səhifəmizdə