Qəbələdə meşə ərazisində yanğın olub

Qəbələ rayonunun Solquca kəndi yaxınlığında, meşə ərazisində (mürəkkəb relyefli dağlıq ərazi) 1,5 ha sahədə quru ot və kol-kos yanıb. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yanğınsöndürmə işlərinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğın söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə