Tovuzda qız ata evindən yoxa çıxıb...

Tovuzda qız ata evindən yoxa çıxıb...

Tovuz rayonunda 26 yaşlı qadın itkin düşüb. SİA APA-ya istinadən xəbər verir ki, üç uşaq anası olan Lamiyə Cəlilova avqustun 6-da saat 10:00-11:00 radələrində Qazıqulu kəndində yerləşən ata evindən çıxıb və bir daha geri qayıtmayıb.

Yaxınlarının sözlərinə görə, Öysüzlü kənd sakini, 26 yaşlı Lamiyə Cəlilova bir müddət əvvəl Qazıqulu kəndindəki ata evinə gəlib və sonuncu dəfə də burada görülüb. Yaxınları bir müddət sonra Lamiyənin evdə olmadığını müəyyən edərək, onun axtarmağa başlayıblar.

Anasının sözlərinə görə, qızının itkin düşməsi ilə bağlı dərhal polisə məlumat verilib.

Hazırda Lamiyə Cəlilovanın tapılması istiqamətində Tovuz Rayon Polis Şöbəsi tərəfindən axtarış tədbirləri davam etdirilir.

Ailə üzvləri Lamiyə Cəlilova barədə hər hansı məlumatı olan şəxslərdən aidiyyəti qurumlara məlumat vermələrini xahiş edirlər.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə